İrandakı zəlzələdə yaralananların sayı 1000 -i keçdi


  • 10:28 / 06 10 2022 |
  • Bölmə: Dünya


İranda zəlzələ nəticəsində yaralanan şəxslərin sayı 1000-i ötüb.

“Rupor” İranın “IRIB” telekanalına istinadən xəbər verir ki, yaralıların sayı 1127-yə çatıb. 

Xatırladaq ki, oktyabrın 5-i İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində 5,7 bal gücündə zəlzələ baş verib. Daha sonradan ölkədə 5,1 bal gücündə yenidən zəlzələ qeydə alınıb.








Oxşar xəbərlər