Ərdoğan Praqada


  • 15:06 / 06 10 2022 |
  • Bölmə: Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyanın paytaxtı Praqaya səfər edib.

“Rupor” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak edəcək.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Praqaya səfər edib. Çexiyanın paytaxtında Ərdoğanla Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılır.

“Sabah” qəzetinin məlumatına görə, Ərdoğanın Paşinyana iki ölkənin xüsusi nümayəndələri arasında görüşlərin üçüncü ölkələrdə deyil, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi, bölgədə gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində mesajlar verəcəyi gözlənilir.

Bununla yanaşı, görüş zamanı Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsi ətrafında fikir mübadiləsinin aparılacağı da qeyd olunub.




Oxşar xəbərlər