Finlandiyanın Baş Naziri özünü 3-cü dəfə təcrid etdi - Səbəb


  • 22:25 / 10 09 2020 |
  • Bölmə: Dünya


Finlandiyanın Baş Naziri Sanna Marin özünü təcrid edib, çünki mobil proqram onun koronavirusa yoluxa biləcəyini göstərib.

"Rupor"un "Report"a istinadən xəbərinə görə, Finlandiyanın Nazirlər Kabinetinin rəsmi məlumatında deyilir ki, Baş Nazirdə xəstəliyin heç bir əlaməti yoxdur və o özünü yaxşı hiss edir.

Sentyabrın 1-də Finlandiyada COVID-19-un yayılmasının izlənilməsi üzrə istifadəyə verilən mobil proqram 34 yaşlı baş nazirin koronavirusa yoluxa bilməsi ehtimalını göstərib, çünki o, infeksiyanın təsdiqləndiyi insanla ünsiyyətdə olub.

Sanna Marin koronavirus analizi verəcək.

Yerli KİV xatırladır ki, bu, artıq birinci dəfə deyil ki, siyasətçi məsafəli işə keçir. Sanna Marin əvvəlcə apreldə, sonra isə avqustun sonunda özünü təcrid edib. Ancaq hər iki dəfə onda koronavirusa yoluxma təsdiqlənməyib.



Oxşar xəbərlər