İlon Maskın müdafiəsinə Tramp qalxdı


  • 18:05 / 13 05 2020 |
  • Bölmə: Dünya


ABŞ prezidenti Donald Tramp həbs olunacağı gözlənilən milyarder İlon Maskın müdafiəsinə qalxıb.

"Rupor" xarici mətbuata istinadən xəbər verir ki, Tramp Kaliforniya ştatının hakimiyyət orqanlarından Maska koronavirus səbəbi ilə dayandırılmış “Tesla” zavodunun işinin bərpa edilməsinə icazə verilməsini tələb edib.

Mask qadağaya baxmayaraq elektromobillərin yığıldığı Frimontda bir müəssisə açıb. Milyarder kiminsə həbs olunacağı təqdirdə yalnız özünün nəzarətə alınmasını Twitter səhifəsində təklif edib. Sahibkar öz hərəkətini Kaliforniyanın artıq avtomobil istehsalçılarının qalan hissəsinə istehsalı bərpa etməyə icazə verməsi ilə əsaslandırıb, lakin bəzi səbəblərdən bu “Tesla”ya təsir etməyib.

Qeyd edək ki, Frimontda fəaliyyəti 2020-ci ilin mart ayında koronavirusa görə dayandırılmış müəssisədə 10 minə yaxın insan çalışırdı.



Oxşar xəbərlər