Maradona bu gün dəfn olunacaq


  • 09:42 / 26 11 2020 |
  • Bölmə: Dünya / İdman


Bu gün Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.
"Rupor" xəbər verir ki, tədbir Kasa Rosada Prezident Sarayında baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Maradona ilə vidalaşmaq istəyənlər axşam saatlarına qədər saraya üz tuta biləcəklər. Tədbirin cümə günü davam edib-etməyəcəyi hələlik bəlli deyil. Artıq çox sayda insan Prezident Sarayının qarşısındakı meydanda toplaşıb. 
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.




Oxşar xəbərlər