Şuşadan ilk birbaşa bağlantı - AzTV canlı reportaj yayımladı - VİDEO


  • 20:17 / 19 12 2020 |
  • Bölmə: Gündəm / Video / Bölgə


Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən Şuşa şəhərində bərpa işlərinə başlanılıb. 
İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqqında tamaşaçılara məlumat verib.  

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən "Rupor"a verilən məlumata görə, televiziyanın əməkdaşı bildirib ki, işğal müddətində Şuşadakı mədəniyyət abidələrinə zərər vurulub. Eyni zamanda, bir çox tikililər dağıdılıb. Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb.
O diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb.





Oxşar xəbərlər