Karantin rejimini pozanlara qarşı cərimələr artırıldı


  • 15:13 / 26 12 2020 |
  • Bölmə: Gündəm / Cəmiyyət



Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb
"Rupor" xəbər verir ki, dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılıb.
Dəyişikliklə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.




Oxşar xəbərlər