"Əsirlik illərində qayıdacağımıza həmişə inanırdıq" - Şahbaz Quliyevdən açıqlama


  • 19:26 / 30 12 2020 |
  • Bölmə: Gündəm / Video


Bu il dekabrın 14-də Ermənistanda girovluğundan azad edilərək Azərbaycana gətirilən Şahbaz Quliyev evə buraxılıb.
"Rupor" xəbər verir ki, ailə üzvləri ilə görüşən Şahbaz bəy "Xəzər" TV-yə qısa açıqlama verib
Həmin açıqlamanı təqdim edirik: 
"Özümü çox yaxşı hiss edirəm. Hökumət sona qədər qayğımıza qaldı. Ali baş Komandanın tapşırığı ilə neçə gündür müalicə alırıq. Azərbaycan Prezidenti İlham Əliyev sağolsun, bizi Azərbaycana gətirdi. Sevincimin həddi-hüdudu yoxdur. Bundan da sevincli nə gün ola bilər... Hələ yuxudayam, gözümü inanmıram. Amma əsirlik illərində qayıdacağımıza həmişə inanırdıq. Prezident dəfələrlə demişdi ki, bizi qaytaracaq. Biz azəraycanlı olduğumuzla fəxr edirik.  



Oxşar xəbərlər