Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə acınacaqlı durumda - FOTOLAR


  • 11:00 / 13 01 2021 |
  • Bölmə: Gündəm / Şikayət


Xəzər rayonu Binə qəsəbəsində Südçülük Soxvozu adlanan ərazidə Azərbaycanın ilk milli qəhrəmanlarından olan, qəhrəman şəhidimiz Valeh Müslümovun adını daşıyan küçə bərbad vəziyətdədir. 
Yağış yağan zamanda yoldan keçmək təmamilə keçilməz hala düşür. 
Ərazi sakinləri Rupor-a açıqlamasında bildirdi ki, bir neçə dəfə rəsmi olaraq aidiyyəti qurumlara məlumat göndərilməsinə baxmayaraq şikayətlərə baxılmır. 
Qəsəbənin problemi yalnız yol ilə bitmir. "Rupor" olaraq ərazidə yaşayan sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, onlar internet verilişindən çox şikayətçidirlər. Hazırda tədris hibrid vəya əyani formada deyil, təmamilə distant formadadır. 
Ölkəmizdə təhsil distant formada ikən sözügedən ərazidə telefon xəttində boş yer olmadığına görə WiFi şəbəkəsi də çəkmək olmur. Bu da sakinlər üçün əlavə xərcə yol açır. 
Sakinlərin söylədiyinə görə Xəzər rayonuna baxan Mərdəkandakı Rabitə Qovşağına dəfələrlə müraciət olunmasına baxmayaraq şikayətlərə baxan olmur. 
Qarşı tərəfin mövqeyini qərəzsiz şəkildə dərc etməyə hazırıq.

Ləman Dəniz

 

 

 

 

 

 

 









Oxşar xəbərlər