Pensiyalar 13 faiz artacaq - Rəsmi


  • 09:08 / 13 01 2021 |
  • Bölmə: Gündəm / Sosial


Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub.
"Rupor" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.
S.Babayev bildirib ki, bu ildə əmək pensiyaların orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat təşkil edəcək. Nazir qeyd edib ki, bu rəqəmlər keçən ilin göstəricilərindən 13 faiz çoxdur.




Oxşar xəbərlər