Hüquq elminin incisi, insanlıq dünyasının seçilmişi - İlham Rəhimov


  • 12:11 / 14 01 2021 |
  • Bölmə: Gündəm / Bilgi


Həm də Cəlal babanın - Cəlal İsgəndərovun ruhuna ithaf olunur 

Ceyhun Musaoğlu 
Jurnalist Ekspert Mərkəzinin sədri
"Tərəqqi" medalı mükafatçısı

Bütün cəmiyyətlər insanları ilə varlı olur. Bizim cəmiyyət bu mənada öz var-dövlətilə fəxr edə bilər. 27 sentyabr 2020-ci il tarixinə qədər "fərdlərimiz xalqdan çox güclüdür" iddiası söz adamlarının qənaətinə çevrilmişdi. Dahilərimizin adlarını sadalayır, onların arzularını həyata keçirə bilmədiyinə görə xalqın gerçək təfəkküründə daha böyük inkişafa nail olmağın vacibliyini vurğulayırdılar. Müqəddəs Vətən Müharibəsi bütün nəsnələri kökündən dəyişdi. Məlum oldu ki, dünyaya fenomen fərdlər bəxş edən xalq elə o fərdlərin cəmi qədər ali zirvədədir. İşğalçını məhz o zirvədən endirdiyimiz zərbələr pərən-pərən salıb darmadağın etdi. İndi Azərbaycan həm fərdləri, həm də xalqı ilə fəxr edir, dünya 44 günlük möcüzənin heyrəti içərisindən çıxa bilməyib.


Bu girişi niyə yazdım? Sualdan özüm də duruxmuşam. Mövzuya bir başa keçməliydim. Dünya səviyyəli bir alimin 70 illik yubileyni təbrik etməyi palanlaşdırıdım. Üzrlü sayın, yazıya "Bu gün professor İlham Rəhimovun 70 yaşı tamam olur" cümləsi ilə başlaya bilmədim. 70 yaşı tamam olan elmin seçilmiş bəndəsi xalqın varlığına qibtə edəcəyimiz fərdlərindəndir. Bəli, məhz FƏRD. İnsan şəxs doğulur. Şəxsiyyət olmaq növbəti mərhələdir. Ardından sonuncu pillə - FƏRD olmaq gəlir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, bax o FƏRD zirvəsini fəth edənlərimiz bu ölkəni nura boyayıblar. 30 illik zülməti FƏRD-lərin işığı ilə ram etdik.
Zirvəniz mübarək, İlham Rəhimov. Zirvəmiz mübarək İlham Rəhimov. Duydum, qəfil abzas oldu. Amma Sizə yaraşır, hörmətli professor. Türk dünyasını o qədər qəfildən sevindirmisiz ki... Yox, sadalamayacam. Yanvarın 11-də ölkə mətbuatında barənizdə yazılan geniş yazıda hər şey var. Rəhbərlik etdiyim Rupor.az saytı o yazını "Ölkəsinə və elmə sevginin professoru İlham Rəhimov - 70 illik ömrün şərəfi" başlığı ilə vermişdi. Bir-birimizi şəxsən tanımırıq, deyə bilərəm. Sizdən iki dəfə "Politika" qəzetinə müsahibə almışam. Unutmamışam, o müsahibə mətbuatın bir neçə gün xəbər yükü oldu. Hə, şəxsi münasibətimiz yoxdur. Məgər Xudu Məmmədov, Üzeyir Hacıbəyov, Lütfizadə və neçə-neçə dahilərimizlə görüşmüşəm ki?.. Onlar mənim hər gün gördüyüm, bildiyim, hiss etdiyim doğmalarımdır. Elə FƏRD zirvəsinə çatmağın da fəlsəfəsi budur: Bir dəfə belə, ünsiyyətdə olmadığın dahi sənin doğmandır, əməlləri ilə xalqın əzizidir. 



Sizin fərdi şəxsiyyətinizi mənim duyğularımda canlandıran, bir el ağsaqqalını da xatırlayaq 14 yanvar günü. Bilirəm, Siz də onu bu gün daha çox xatırlayacaqsınız, adını çəkəcəksiniz. Əlbəttə, odur, Cəlal İsgəndərov. Bizim Cəlal babamız. Cəlal baba Sizin barənizdə həmişə bu cümləni işlədərdi: "İlham Rəhimov dünya hüquq elminin incilərindən biri, insanlıq dünyasının seçilmişlərindəndir". Cəlal baba Sizin rəhbərlik etdiyiniz ofisin sürücü əməkdaşıdır. Olub yox, bu gün də əməkdaşıdır. Bunu sübut edən elə incə məqam var ki, onu həqiqətən insanlıq dünyasının seçilmişi edə bilər. Cəlal babanın ruhu bu sətirlərdən boylanır, əminəm yazını da elə yazıla-yazıla oxuyur. İcazə verin, bizim ağsaqqala göstərdiyiniz diqqətə və qayğıya SİZƏ təşəkkür edim. İçi kainat boyda geniş olan insanlara xas davranışınız, sonradan daha dəqiq anladım ki, elə sizin xarakterinizdir. Doğmanızı, ən əziz insanınızı məzara qoyub qayıdanda sizə başsağlığı verən bir ziyalıya söylədiyiniz ilk ifadə bu olub: "Uşaq necədri, nə vaxt Moskvaya getmək istəsən, çəkinmə xəbər elə". 
Möhtəşəmdir vallah. Dahi Sartr deyirdi: "Başqalaları cəhənnəmdir". Sizin üçün təmsil etdiyiniz xalqın nümayəndələri arasında başqaları yoxdur. Məntiqlə belə deyək gərək: Siz cənnət adamsız. Nə gözəl ki, bu cənnət adam bizimkidir. Şəhid övladını əbədi himayəyə götürən İNSAN. Əbədi. Belə də olmurmuş. Fani dünyada əbədiyyət qərarı verən adamın özü əbədidir. Xalqının düşməni kimi özünü aparan erməni tacirlərini Moskva bazarlarına həsrət qoyan fenomen davranış sahibi. Kimsənin sərgiləməyə cəsarət etmədiyi mövqe idi. Siyasətə varmaq istəməzdim, ancaq oxucum dərrakəlidir, sizin xüsusən Rusiyada - Moskvada hansı mənsəb sahibi olduğunuzu bilir. Açığını deyim, o qərarınız dünya siyasət elminin manevr pilləsinə qızıl hərflərlə yazılmalıdır. O qədər müqəddəs ruhlu hadisələrin baş qəhrəmanı olmusunuz ki, yazsam, cild-cild kitaba çevrilər. Bu gün Sizin yubileyinizdir deyə, təbrik məqaləsi ilə kifayətlənirəm. Haqqınızda yazılmasını, danışılmasını, indiki dönəmdə təbrik olunmağınızı istəmirsiniz, aydındır. Zirvədə olanlar ənginliklərlə təmasa girə bildikləri üçün kainatı ovuclarına hopdurmağı bacarırlar. Belə FƏRDlərin varlığının özü mübarəkdir, daha nə təbrik... İnasn harda rahatdır, orda xoşbəxtdir. 



Cəlal baba deyərdi, yox... Cəlal baba deyir: "İlham Rəhimov özünü elmə həsr edəndə daha rahat olur". Nə gözəl, bir qum dənəsinin yaranması belə, elmə bağlıdır. Alimsiz kainat bir heçdir. Dahi alimlərin imzaları içərisində Sizin də imzanızın olmağı, həm də par-par parıldamağı bizim - xalqın, türk dünyasının baş ucalığıdır. 
Yazdığınz kitabların təkcə adı, onun səhifələrindəki cümlələri film lenti kimi gözlərimiz qarşısında canlandırır. Bir saniyə, kitablarının arasından seçdiyim o adları muncuq kimi düzüm, oxuyun görün doğrumu deyirəm: “Cinayətkarlıq və cəza” (2012), “Cinayət və cəzanın fəlsəfəsi” (2013) , “Cəzanın əxlaqiliyi haqqında” (2016), “Ölməz ölüm cəzası” (2018), “Din və cəza” (2020) adlı kitabları yazmısınız. Əsərləriniz dünyanın bir çox dillərinə - Rus, Türk, İngilis, Çin, Alman, Yəhudi, İtalyan, Qazax, Bolqar, Qırğız, Fars dillərinə tərcümə olunub. 
Necədir, cəza niyə var, bu ağır ifadənin fəlsəfəsi də olurmuş? Adətən fəlsəfə xoş hiss aşılayan sözdür, onu "cəza"nın qarşısında işlətmək, həmin kitabı film kimi canlandırmaq deyil, bəs nədir?.. Bəh... bəh... “Cəzanın əxlaqiliyi haqqında”. Cəzanın əxlaqı... Bu təqdimatda nələr var... Əxlaqlı cəzaya layiq görülən cinayət törədən şəxsin bu cəzanı gələcəyə açılan qapı kimi dəyərləndirə bilməsinə yol açan kitab. "Ölməz ölüm cəzası" - adından yol al, düşün, düşün... "Din və cəza" təqdimatı bizə doğmadır. Bu ad səmavi kitablara yenidən müraciət etməyə sövq edir adamı. Belə.



Bu gün professor İlham Rəhimovun var olma günüdür. Əməllərinin bəhrəsi olan mükafatlarını sadalamırıq. Təkcə ötən gün layiq görüldüyü "Şöhrət" ordeninə diqqət çəkək. Azərbaycan Prezidenti İlham Əliyevdən aldığı orden. Öz Prezidentinin, həm də 30 ilin işğalına əbədi son qoyan qalib Prezidentin layiq gördüyü orden təbii ki, professorun həyatında ən dəyərli mükafatdır. İlham Rəhimov bundan sonra çox mükafatlar alacaq, hər birinə görə görkəmli professoru indidən təbrik edirik. Bir də özümüzə təbrik ünvanlayırıq, İlham Rəhimov xalqına mükafat olduğuna görə. Cəlal baba sevinir. Həmişə deyərdi, yenə yox... həmişə deyir: "Mən söylədiklərimi yazın". Yazdım, Cəlal baba. Həqiqəti həqiqətən həqiqətlə həqiqi dediyin bir daha təsdiqləndi: "İlham Rəhimov dünya hüquq elminin incilərindən biri, insanlıq dünyasının seçilmişlərindəndir".






Oxşar xəbərlər