PKK terror təşkilatının "lideri" və mühafizəçiləri məhv edildilər - Foto


  • 14:35 / 21 01 2021 |
  • Bölmə: Gündəm / Hadisə


PKK terror təşkilatının Hakurk "lideri" "Serhat Tendürek" kod adlı Dəniz Dəmir Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrinin birgə əməliyyatı nəticəsində İraqın şimalında məhv edilib. 
"Rupor" Avropa.info-ya istinadən xəbər verir ki, özünü gizlətmək üçün mülki geyim geyinən terrorçunun avtomobilinin PUA-larla vurulduğu ortaya çıxıb.
Həyata keçirilən əməliyyat nəticəsində terrorçubaşı Dəniz Dəmirlə birgə 5 mühafizəçisi də məhv edilib.


Bu arada Türkiyə mətbuatı məhv edilən terrorçu Dəniz Dəmirin, hazırda həbsdə olan HDP lideri Səlahəddin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaşla birgə çəkilmiş fotolarını yayıb. Nürəddin Demirtaş da uzun illərdir terror təşkilatı PKK-nın sıralarındadır. 
"Bayraktar TB2" PUA-larından qaça bilməyən PKK terrorçusu Dəniz Dəmirin daha bir fotosu isə Qəndildə keçirilən toplantıdan yayılıb. Türk mətbuatının yaydığı fotoda Dəniz Dəmirin terror təşkilatına faktiki rəhbərlik edən Duran Kalkan və "Şahin Çilo" kod adlı Ferhat Abdi Şahinlə yanaşı oturduğu görünür. 



Oxşar xəbərlər