Koronavirusun fotosu - İLK DƏFƏ


  • 15:29 / 21 01 2021 |
  • Bölmə: Gündəm / Dünya


Avstriyalı alimlər ilk dəfə koronavirusun fotosunu çəkməyə müvəffəq olub.
"Rupor" "Medicina.az"-a istinadən xəbər verir ki, onlar yeni metoddan istifadə edərək virusun görünüşünü yaradıb. Metod gələcəkdə bioloji məlumatların daha asan və daha sürətli təhlili üçün də istifadə ediləcək.
Tədqiqatçılar bunun bir model olmadığını, yeni texnikalardan istifadə edərək yaradılan şok dondurulmuş nümunələrdən götürülmüş real SARS-CoV-2 virusunun 3D görüntüsü olduğunu bildirib.
Vyana Texniki Universitetinə aid olan “Nanographics” şirkəti şokla dondurulmuş nümunələrdən qüsursuz SARS-CoV-2 virus hissəciklərini çıxarıb krioelektron mikroskopundan keçirdikdən sonra rəqəmləşdiriblər.






Oxşar xəbərlər