
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
"Rupor""Bakupost.az"-a istinadən xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
B.Əliyevi yaxın qohumu Vasif Aslanovun (dayısı oğlu) qətlə yetirdiyiddia olunur. , B. Əliyev V.Aslanovu şantaj edirmiş. Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun "Qərb bölgəsi press" adlı qəzetinin təsisçisi olduğu bildirilir.

