Daha bir ərazi Azərbaycanın nəzarətinə keçdi - VİDEO


  • 19:20 / 08 02 2021 |
  • Bölmə: Gündəm / Video


Azərbaycan-Ermənistan dövlət sərhəddinin demarkasiya prosesi çərçivəsində işlər davam etdirilir. Ermənistan mediası Azərbaycan ordusunun daha bir ərazini nəzarətə götürdüyü barədə məlumat yayıb.

"Rupor"un məlumatna görə, missiya.Az xəbər verir ki, Ermənistan insan haqları müdafiəçisi (ombudsman) Armen Tatoyan “Facebook” hesabında Geqarqunik bölgəsinin sərhəd xəttində yerləşən külək elektrik stansiyasının Azərbaycanın nəzarətinə keçdiyi barədə yazıb.
Həmin bölgənin bir hissəsi Sovet dövründə tərtib olunan xəritəyə əsasən Kəlbəcər rayonunun ərazisidir və Azərbaycan ordusunun nəzarətinə verilməlidir. Armen Tatoyan Azərbaycana qaytarılan ərazinin 200 hektarlıq hissəsində erməni iş adamının biznes qurduğunu qeyd edib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_147226205_178415676989715_1850507378025901414_n.jpg

Sitat: “Hökumət həmin ərazini 30 il müddətinə biznesmenə icarəyə verib. 2018-ci ildə isə şirkət elektrik enerjisi istehsal etmək üçün lisenziya alıb. Noyabrın 25-dən sonra Azərbaycan Silahlı Qüvvələri əraziyə gəlib və şirkət fəaliyyətini dayandırmağa məcbur edilib”.

Məlumata görə, Azərbaycanın nəzarətinə keçən şirkətə ümumilikdə 5 milyon dollardan artıq ziyan dəyib. Sosial şəbəkələrdə Gorus-Qafan yolunda Azərbaycan bayrağının dalğalanması ilə bağlı da görüntülər yayılıb. Sovet dövründə çəkilən yolun bir neçə kilometrlik hissəsi Azərbaycan ordusunun nəzarətindədir. Ərazidə yaşayan erməniləri iddia edirlər ki, rus sülhməramlıları Azərbaycanın nəzarətinə düşən yolun Ermənistan tərəfindən giriş hissəsini bağlayıb. Lakin, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti bu informasiyanı yalanlayıb. Bundan sonra Ermənistana məxsus telegram kanalları“ Görünür Artsrun geri dönüb” başlığı atıblar.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_147861757_879022546196930_3605408613068437029_n.jpg

Qeyd edək ki, üçtərəfli bəyanata əsasən Qazaxın 7 kəndi və Ermənistanın nəzarətinə olan bütün Azərbaycan torpaqları geri qaytarılmalıdır. Artıq demarkasiya prosesi çərçivəsində Qafan rayonundan Ağarak (Əkərək) kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarətinə verilib. Emənilər Qafan rayonuna həmin yolun Azərbaycan ordusunun nəzarətində olan hissəsindən keçib getməlidirlər. Çünkü alternativ yol yoxdur. Həmçinin Sovet dövründə çəkilən Ermənistan-Azərbaycan sərhəddinə əsasən, ermənilərin qanunsuz olaraq Zəngəzur vilayətinin Gorus şəhəri ərazisinə daxil etdikləri Qubadlının Şahverdilər və Şurnux kəndlərinin bir hissəsi, Gorus-Qafan yolunun 4 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə verilib. Sərhəd xəttinin müəyyənləşdirilməsi GPS və Sovet dövründə hazırlanan xəritələr əsasında həyata keçirilir.






Oxşar xəbərlər