“İstedadlı yeniyetmə və gəncləri təqdim edək” layihəsi yenidən başladı


  • 14:43 / 18 02 2021 |
  • Bölmə: Gündəm / İstedadlar


Rupor.az saytı ölkənin intellektual potensialının gücləndirilməsi, gələcəkdə kadr bankının zənginləşdirilməsi, yeniyetmə və gənclərin həvəsləndirilməsi məqsədilə “İSTEDADLI YENİYETMƏ VƏ GƏNCLƏRİ TƏQDİM EDƏK” layihəsini davam etdirir. 

Layihə çərçivəsində birinci mərhələdə məktəbə hazırlıq qruplarında təhsil alanlar, şagirdlər tələbələr arasından müxtəlif bacarıqlarnı aşkara çıxardığımız şəxsləri həftədə iki dəfə oxuculara təqdim edəcəyik. 

Layihənin iştirakçıları barədə məlumatları bölüşəcək, onlardan orijinal müsahibələr alacaq, fotoları, videoları yazılara əlavə edəcəyik. 

Materiallar saytın rəsmi Facebook və İnstaqram, Youtube səhifələrində, o cümlədən əməkdaşlarımızın sosial şəbəkə hesablarında paylaşılacaq.

Layihə çərçivəsində götürülən müsahibələrdən gələcəkdə kitab hazırlamaq mümkündür. Bu plan layihənin nikinci mərhələsinə aiddir və bununla bağlı ayrıca elan veriləcək.  

Valideynlər, şagirdlər, müəllimlər saytla bu vasitələrlə əlaqə saxlaya bilərlər: 
[email protected]; mobil: 0557172061; 50 535 08 58; - həm də Votsap nömrələridir, ofis: 3430968.



Oxşar xəbərlər