Vasif Talıbovun oğlu barədə xəbərə Daimi Nümayəndəlik reaksiya verdi


  • 11:47 / 23 02 2021 |
  • Bölmə: Gündəm


"İddialar kökündən yanlışdır. Heç bir əsas yoxdur". 

Bu fikirləri Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin əməkdaşı, məsləhətçi Azər Rəhimov Rupor.az-ın müxbirinə açıqlamasında Vasif Talıbovun oğlu Seymur Talıbov haqqında KİV orqanlarında yayılan məlumata münasibət bildirərkən deyib. 

A.Rəhimov əlavə şərh verməyə ehtiyac görmədiyini də diqqətə çatdırıb. 
 

Xatırladaq ki, xaricdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli 19 fevral tarixində şəxsi Facebbok hesabında yazıb ki, Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi obyektidir: 

"2018-ci ildən təməli atılan və tikintisinə Muxtar Respublikanın büdcə vəsaitlərinin cəlb olunduğu mərkəz Vasif Talıbovun oğlu Seymur Talıbovun sahibi olduğu Nəxşicahan Holdinq LTD şirkətlər qrupunun “Ağbulaq istirahət mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. 

Seymur Talıbovun 35 yaşı var, sahibi olduğu tək “Nəxşicahan” qrupuna 35-dən artıq şirkət daxildir: “Muxtar Respublikadakı az qala bütün otel müəssisələri, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri və tibb klinikaları bu qrupa daxildir”. 

Seymur Talıbov eyni zamanda Naxçıvan MR-nın Ali Məclisinin üzvü, Naxçıvan dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir. 


Ləman İdrissoy





Oxşar xəbərlər