İTV-də polisin fəaliyyətinin tənqid olunmasına DİN-dən cavab


  • 13:21 / 25 02 2021 |
  • Bölmə: Gündəm


Daxili İşlər Nazirliyi (DİN) "İctimai" televiziyada polisin fəaliyyətini tənqid edən materiala münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Rupor"-a bildirib ki, ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də “İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər:

"Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən İctimai Televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən İctimai Televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir".





Oxşar xəbərlər