Energetika naziri “Dostluq” yatağı işçi qrupunun rəhbəri seçildi


  • 18:13 / 25 02 2021 |
  • Bölmə: Gündəm


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradılıb:
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının energetika naziri
İşçi Qrupun üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti.

Energetika Nazirliyi və Xarici İşlər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb. Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.




Oxşar xəbərlər