Sualları şəbəkələrdə yayan tələbələr cəzalanacaqlar – Araşdırma aparılır - FOTO


  • 15:08 / 02 03 2021 |
  • Bölmə: Gündəm


Sosial şəbəkələrdə magistraturaya keçirilən imtahan suallarının yayılması ilə bağlı informasiyaya Dövlət İmtahan Mərkəzinin rəsmisi münasibət bildirib. DİM-in Mətbuatla iş və elektron kommunikasiya  sektorunun müdiri  Xanlar Xanlarzadə ictimaiyyətin qınağı ilə qarşılanan bu hadisəyə aydınlıq gətirib.

DİM-in rəsmisi “Rupor”-a açıqlamasında bildirib: 

“Magistraturaya qəbul imtahanında tələb olunan qaydalara əsasən imtahan iştirakçıları cavab kartı ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verməlidirlər. Fevralın ayının 28-də keçirilən imtahanda 1 nəfər imtahan başa çatandan sonra materialların nəzarətçiyə təhvil verilməsi zamanı diqqətdən yayınıb və sual kitabçasını özü ilə aparıb. Həmin şəxs daha sonra kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb. Həmin bakalavrın kimliyi bəllidir və hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Belə hallara yol verən imtahan iştirakçılarının nəticələri ləğv olunur”.

Xatırlatma: Magistraturaya qəbul imtahanı bütün regionlarda eyni vaxtda - saatda keçirilir.

Dilşad





Oxşar xəbərlər