
"Sabahın alimləri" X respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib.
"Rupor" xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev facebook sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Nazir bildirib: "Bu gün “Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimində iştirak etdim. Ümumilikdə ölkə üzrə 48 qalib layihədən riyaziyyat, fizika və biologiya, təbiət və kompüter elmləri, mühəndislik, tibb və sağlamlıq sahələrinə dair 7 layihə İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək imkanı qazandı. Müsabiqədə iştirak edən və qalib olan bütün şagirdlərimizi təbrik edirəm".
Təhsil naziri "Aşağıda adlarını qeyd etdiyim şagirdlər ölkəmizi İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil edəcəklər" təqdimatı ilə qaliblərin adlarını açıqlayıb:
1. Abbaslı Məhəmməd
2. Əkbərzadə Əli Akif
3. Həbibullayev Rəfsan
4. Xəlifəyev Emin
5. Kərimli Banuçiçək
6. Qasımov Faiq
7. Qasımov Rafiq
8. Məmmədzadə Murad
9. Səmədov İlkin
10. Süleymanova Tamila

