Yatan uşaq bağçası, yatan İcra Hakimiyyəti - FOTOLAR


  • 15:03 / 03 03 2021 |
  • Bölmə: Gündəm / Şikayət


Bura Qarabağ deyil. Bura Kürdəmirdir. Fotolardakı mənzərədə gördüyünüz Kürdəmir şəhər Xırdapay kəndindəki Mehman İslamov adına şəhər 8 saylı körpələr evi uşaq bağçasıdır. Adından göründüyü kimi bura "körpələr evi"dir. Bizim gələcəyimiz olan körpələrin "evi"dir. 

Bunlar o körpələrdir ki, valideynləri bir tikə çörək pulu qazanmaq üçün günün müəyyən saatlarında övladlarını bu məkana gətirib, tərbiyəçilərə tapşırmaq məcburiyyətindədirlər. Maraqlıdır, bəs görəsən, tərbiyəçilər həmin uşaqları bu gözdən uzaq, könüldən iraq, varlığı ilə yoxluğu bilinməyən bağçada necə tərbiyələndirir?! 

Bağçadakı təlim-tərbiyə prosese ilə bazar günü olduğundan yaxından tanış ola bilmədik. Amma ərazidəki sakinlərlə söhbətimizdən aydın oldu ki, bu bağça hazırda "fəaliyyət göstərir". Bağçanın uzaqdan görünüşü isə içəridəki "təlim-tərbiyə" prosesinin göstəricisidir. Necə deyərlər, "görünən bağa nə bələdçi".     

Əməkdaşımız 20 gündür fotolarda əksini tapan acınacaqlı mənzərəyə aydınlıq gətirmək məqsədilə Kürdəmir Rayon İcra hakimiyyətinin məsul şəxsləri ilə danışmaq istəyir. Rəsmi saytlarda təqdim etdikləri bütün nömrələr zənglərə cavab vermir.

Qoy bizim sorğumuzu elə bu şəkillər cavablandırsın.

Dilşad 
 

























Oxşar xəbərlər