Yazı sildirən, status pozduranların “mənəvi babaları”...




      Bölmə: Sosial Tarix: 16.09.2023 / 07:23

İndi yazmaqdan çox pozmaq, deməkdən çox susmaq, var olmaqdan çox, yox olmaq qazanc gətirir.

İndi görməkdən çox korluq, eşitməkdən daha artıq karlıq sərfəlidir.

Bu gün ən kədərlisi odur ki, daha insanlar üçün suyun zəhərli olmasını demək, onları bəladan xəbərdar etmək, yaxud bütün bunları dilə və yazıya gətirmək, həmin suyun zəhərliliyindən, o suyu içə biləcək yüzlərlə insanın həyati riskindən daha təhlükəlidir. Yəni acı həqiqəti göstərmək, həqiqətin özündən daha qorxuludur.

Ona görə də bu gün sadə bir direktor müavini hansısa saytda, yaxud sosial şəbəkədə tənqid olunanda onun barədəki yazını saytlardan sildirmək, sosial şəbəkədən pozdurmaq üçün yüz yerdən o mətnin müəllifinə, yaxud mətbu orqanın məsul şəxslərinə zəng, xahiş, minnət olunur, bəzən də bu və ya digər dərəcədə təzyiq edənlər tapılır. Sanki nahaqqın havadarları istəyirlər ki, hamı hər şeyi sadəcə öz ürəyində bilsin, vəssəlam.

Bəzən isə həqiqət ürəkdə olarkən onu elə hala salırlar ki, çox zaman həqiqətin dilə gəlib çatmağa heyi, amanı belə qalmır. Həqiqətin ürəyi elə ürəkdəcə üzülür...

Əksəriyyət acı həqiqəti dəyişmək istəmir deyə, çox zaman o acı həqiqətə toxunmadan onu deyənin, yazanın ağzının payını verir. Yəni axırda eləyən yox, görən, törədən yox, törədildiyini deyən “pis adam” olur. Əgər sovet dövründəki demaqogiya yazmağa yönəlmişdisə, indi demaqogiya pozdurmağa, sildirməyə, haqqı aradan qaldırmağa əsaslanır. Bax, əsl buna deyərəm, zəmanənin dəyişilməsi...

Bəzən görürsən ki, kimsə “ağlının dayazlığı” ucbatından hansısa bir həqiqəti deyir, yüzlərlə “ağıl dəryaları” o saatca tökülürlər onun üstünə ki, “həqiqətin qapağını bağla”, qoxusu cəmiyyətə yayılmasın.

Bütün bunları görəndə, ya zəlzələdən, ya vəlvələdən, bu hadisələrə şahidlik edəndə, yadıma Əbdürrəhim bəy Haqverdiyevin “Xəyalat” pyesi düşür. Həmin dramda Mirzə Fətəli Axundovun komediyalarının bir neçə baş qəhrəmanı bir-bir onun, yəni onların surətlərini yaratmış yazıçının yanına gəlirlər və hamısı da bir nəfər kimi şikayətlənirlər ki, nə üçün dramlarında bizi bu kökə salmısan, niyə bizi olduğumuz kimi təqdim eləmisən?! Hətta yazıçıdan qəti surətdə tələb edirlər ki, onlar barədəki əsərlərinə əl gəzdirib yazdıqlarını düzəltsin, yaxud qələmə aldıqlarını silsin. Amma o tənqidə tuş gələnlərdən, haqsız adamlardan heç biri özünü real həyatda düzəltməyə, əməli saleh insan olmağa çalışmır. Sanki sonda, günahkar həmin adamlar yox, elə yazıçının özü olur.

Hətta yazıçı tənələrdən, qınaqlardan elə usanır ki, əlacsız qalıb haqlı ola-ola haramxor, cadugər Dərviş Məstəlidən üzr istəyir. Yazıçının başqa bir qəhrəmanı Hatəmxan ağa onu təhdid edir ki, bu saat səni təkfir elan edəcəm, yəni kafir olduğunun sübuta yetirildiyini camaata bildirəcəm. Guya misi qızıla döndərən fırıldaqçı Molla İbrahim Xəlil Kimyagər yazıçıya söyləyir ki, görərsən, elə edəcəyəm ki, öləndə namazını qılmağa, tabutunu götürməyə bir kimsə gəlməyəcək.

Onlar, yəni özünə güzgüdə baxmayanlar, bu günün yazı sildirən, status pozduranlarının “mənəvi babaları” gedəndən sonra Mirzə Fətəli öz otağında yalqız qalır. Və ürək sıyıran ağrıyla öz-özünə deyir: “İndi mən təkəm və bu təkliyimlə fəxr edirəm”.

Sildirilən yazıları, pozdurulan statusları gördükcə isə mənim də ürəyimdən qara qanlar axa-axa düşünürəm: Daha Mirzə Fətəli Axundov tək deyil, daha tək olan, kimsəsiz qalan əsl həqiqətin özüdür...






SON XƏBƏRLƏR
Bu gün, 17:32
Qənirə Paşayevanın yaşaması möcüzədi - Rəşad Mahmudov - VİDEO
Bu gün, 17:22
Aytən Səfərovadan komaya düşən Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO
Bu gün, 17:18
Rus sülhməramlılarından Xankəndi ilə bağlı AÇIQLAMA
Bu gün, 17:16
Rusiyada himayədar ailədə övladlığa götürülmüş uşağa qarşı qan donduran hərəkətlər edildi
Bu gün, 17:13
Rusiya Xankəndidə özünə “yuva” qura bilərmi?
Bu gün, 17:07
“Mançester Yunayted”in futbolçusu milyon yarımlıq avtomobillə qəza törətdi – VİDEO
Bu gün, 17:02
TƏBİB Qənirə Paşayevanın vəziyyəti ilə bağlı məlumat yayıb
Bu gün, 15:49
Putinin 90-cı illərə aid nadir görüntüsü - Video
Bu gün, 15:43
“Azərbaycan ən çətin zamanda bizə yardım əlini uzadıb” Tbilisi meri
Bu gün, 15:38
Sülhməramlılar Qarabağda gedənləri yola salacaq
Bu gün, 15:35
“Qənirə Paşayevanın vəziyyəti çox ağırdır” - Mərkəzi Klinikanın baş həkimi
Bu gün, 15:32
Hadisənin çılpaq görüntüləri yayıldı - FOTO
Bu gün, 12:27
Qənirə Paşayeva komaya düşdü - VİDEO
Bu gün, 12:20
Sevda Sanaliyevanın yaşadığı binada YANĞIN OLDU - VİDEO
Bu gün, 11:56
Yeni parkinq sistemi özünü doğruldurmu? - FOTO
Bu gün, 11:51
Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi aldı
Bu gün, 11:46
Kadırov 15 ildir narkotik istifadə edir - Zakayev
Bu gün, 11:44
Ukrayna xalqının ölümü prosesi başlayır - Papa
Bu gün, 11:38
Gözündən yaralansa da, silahı yerə qoymayan Ceyhun danışdı - VİDEO
Bu gün, 11:29
Tərkibində palma yağı olan məhsullar - SİYAHI
Bu gün, 11:11
"YouTube"da yenilik : süni intellekt nələr edəcək?
Bu gün, 11:06
Zəngəzur dəhlizi açılır: Avropa İttifaqından razılıq... - Davtyan
Bu gün, 11:02
Əhali arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ - VİDEO
Bu gün, 10:51
Pərvindən hər kəsi ŞOKA SALACAQ AÇIQLAMA: “22 yaşım olanda mənə 42 yaşlı kişi…”
Bu gün, 10:46
Ağstafada dəfn edilən şəhidlə bağlı yeni xəbər

---