"İdeal"-ın keçmiş sahibinin həbsinin detalları məlum oldu


  • 23:07 / 06 04 2021 |
  • Bölmə: Gündəm


“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun həbsinin detalları məlum olub. 

"Rupor" xəbər verir ki,  bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. 
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci  maddələri ilə ittiham elan  edilməklə Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 




Oxşar xəbərlər