Abutalıbovun həbs olunacağı ehtimalı nə qədərdir? - Çingiz Qənizadə rəy verdi


  • 11:59 / 07 04 2021 |
  • Bölmə: Gündəm


“Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Əgər istintaq zamanı məlum olsa ki, Rasim Quliyev qanunazidd əməlləri Hacıbala Abutalıbovla birgə və ya onun tapşırığı ilə edib, o zaman keçmiş mer də məsuliyyətə cəlb oluna bilər". 

"Rupor" xəbər verir ki, bu fikirləri Moden.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin  Cinayət Məcəlləsinin iki maddəsi -314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilməsi, ictimaiyyətin diqqətini həmin dövrdə BŞİH-nin başçısı olmuş Hacıbala Abutalibova yönəldib.

Hüquqşünas qeyd edir ki, hər hansı bir məmurun həbsi nəticəsində onun rəhbərinin barəsində də cinayət işinin qaldırılması qanunaziddir: 

"İstintaq zamanı qanunauyğunsuzluq ortaya çıxarsa, o zaman rəhbər şəxs də məsuliyyətə cəlb olunacaq".



Oxşar xəbərlər