Türk Şurasının nümayəndələri Ağdamın "İmarət" qəbiristanlığında və Cümə məscidində - FOTOLAR - VİDEO


  • 13:00 / 11 04 2021 |
  • Bölmə: Gündəm


Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərin Ağdama səfəri davam edir. 

"Rupor" Trend-in Qarabağ bürosunun məlumatına istinadən xəbər verir ki,Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri ermənilərin viran qoyduğu "İmarət" qəbiristanlığında olublar.

Qonaqlar qəbiristanlığın qalıqları ilə tanış olub. Səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

Qonaqlar ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin Cümə məscidindəki dağıntılarla da tanış olublar.

Qeyd edilib ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib.

Qonaqları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.






















































Oxşar xəbərlər