"Ağdam şəhəri urbisidin ən açıq nümunəsidir" - Prezident köməkçisi


  • 17:47 / 11 04 2021 |
  • Bölmə: Gündəm


"İkinci Qarabağ müharibəsi zamanı erməni işğalından azad edilmiş Ağdam şəhəri urbisidin ən açıq nümunəsidir".

"Rupor"un məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

H.Hacıyev bildirib ki, "Urbisid" sözü - hərfi mənada "şəhərə qarşı şiddət" kimi tərcümə olunan termindir: 

İşğaldan azad edilən, Ermənistanın 30 il ərzində vandalizmi nəticəsində tamamilə dağıdılmış və talan edilmiş işğaldan azad edilmiş Ağdam şəhəri URBİSİD-in aydın bir nümunəsidir. Ağdam "Qafqaz Xirosiması" adlandırılır".





Oxşar xəbərlər