Düşmənin Əmirvarlıda yandırdığı 800 yaşlı çinar yenə pöhrələyir - VİDEO


  • 13:28 / 13 04 2021 |
  • Bölmə: Gündəm


Kütləvi İnformasiya Vasitələri təmsilçilərindən ibarət növbəti qrupun Ekologiya və Təbii Sərvətlər Nzirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş yurdlarımıza - Cəbrayıl və Qubadlı rayonlarına səfəri davam edir. 

"Rupor"un əməkdaşı xəbər verir ki, hazırda onlar Cəbrayıl rayonunun Əmirvarlı kəndini ziyarət edirlər.

Mənfur erməni düşmən kəndi vian qoyub. Əməkdaşımız məlumat verir:

"Biz indi Cəbrayılın Əmirvarlılar kəndidəyik. Buradakı evlərin də daşı daş üstə qalmayıb. Kənd xarabalığı xatırladır. Bu kənddə 800 il yaşı olan Şərq çinarı var. Bu ağacı ermənilər yandırıb. Lakin indi görünür çinar da gəlişimizi hiss edib. Onun ətrafındakı pöhrələr yenidir. Çinar yenidən çiçəkləyib. Sanki öz doğmalarının gəlişinə sevinir. Bir az aralıda qəbiristanlıq var. Gözə dəyən bir neçə qəbirdən başqa məzar yoxdur. Hər biri yerlə-yeksan edilib".

Dağıdılmış kənddən videgörüntünü təqdim edirik: 

Dilşad  





Oxşar xəbərlər