Azərbaycanda kriptovalyutalarla bağlı xəbər saytı yaradılıb


  • 12:17 / 03 05 2021 |
  • Bölmə: Gündəm / İqtisadiyyat


Azərərbaycanda kriptovalyutalarla bağlı ilk milli xəbər saytı fəaliyyətə başlayıb. 

"Rupor" xəbər verir ki, Azcoinnews.Az adlanan informasiya platforması, kriptovalyuta bazarı və texnoloji sahədəki yeniliklərə dair ən son məlumatları təqdim edəcək. Bu barədə Marja-ya sayın təsisçilərindən biri məlumat verib.

Saytda həmçinin elektron pulların müxtəlif sahələr üzrə adaptasiya prosesi, blokçeyn texnologiyasının üstünlükləri, koinlərarası rəqabət mühiti, ayrı-ayrı ölkələr üzrə kriptovalyutalardan istifadə səviyyəsi və sair mövzularda təhlillərə də yer veriləcək.

Bank sektoruna dair xabərlər də yayımlayacaq Azcoinnews.Az ilk milli kriptovalyuta layihəsi olan “AzCoin”inin strukturlarından biridir.

Qeyd edilib ki, "AzCoin" heç bir halda hazırda istifadədə olan kağız və dəmir naminallara alternativ deyil və tətbiqinə rəsmi dövlət səviyyəsində icazə verilməyənə qədər ödəniş vasitəsi və alqı-satqı predmeti kimi istifadə edilə bilməz. Bu elektron valyuta, yeni nəslin ödəniş vasitəsi rolunu oynayacaq. O ilkin mərhələdə klassik ödəniş vasitələri ilə paralel şəkildə tənzimlənir, cəmiyyətin sosial vəziyyətinə və inkişaf sürətinə uyğun olaraq təşəkkül tapır. “AzCoin” sistemi hazırki mərhələdə pilot layihə kimi işlənib və gələcəkdə tətbiqini mümkün edəcək alqoritmik ardıcıllıq, eləcə də digər zəruri texniki dəstək mexanizmləri ilə təmin olunur.




Oxşar xəbərlər