"Nə olursa haqqına olur" - Şahbaz Xuduoğlu


  • 11:18 / 04 05 2021 |
  • Bölmə: Gündəm


“Fazil Məmmədovun (sabiq vergilər naziri) vaxtında hər il yanvar ayı vergi “Qanun” ətrafında bir əməliyyat keçirirdi. Bütün ili o tələdən çıxmağa çalışırdıq”.

"Rupor" Bakupost.az a istinadən xəbər verir ki, bu sözləri “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

O qeyd edib ki, daha vergi gəlmir: "Vergiyə baxıb fövqəladə də gəlmir, fövqəladəyə baxıb işıq da gəlmir, işığa baxıb su da “gəlmir”, suya baxıb polis də gəlmir. Artıq neçə ildi başımız ağrımır, işimizlə məşğuluq. Amma o dövrdən verginin oğurladığı, aparıb itirdiyi sənədləri bərpa etmək olmur.

Əlpaşanı da (Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovu nəzərdə tutur - Red.) düz edib tutdular. Nərimanovda nəşriyyatın yerini qapazlamışdı.

Ümumiyyətlə, nə olursa haqqına olur. Artıq mən çoxdandır, niyə belə oldu sualını vermirəm”.





Oxşar xəbərlər