Xocavənddə Njdenin heykəli sökülür - Sülhməramlıların komandanının əmridir


  • 17:33 / 07 05 2021 |
  • Bölmə: Gündəm


Xocavənddəki erməni faşist kollabrasionisti Qaregin Njdenin abidəsinin sökülməsinə göstəriş verilib.

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “lragir.am” nəşri məlumat verib.

Göstərişin şəxsən Qarabağdakı rus sülhməramlılarının komandanı general Rüstəm Muradov tərəfindən verildiyi bildirilir.

Qeyd edək ki, ötən gün Moskva vilayəti üzrə Böyük Vətən Müharibəsi veteranları, Silahlı Qüvvələrin və hüquq-mühafizə orqanlarının əmək veteranlarının “Dolqoprudnenskaya” ictimai təşkilatı faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu xatırladaraq, faşist kollaborasionisti Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi üçün federal orqanlara müraciət edib.

Xatırladaq ki, Qaregin Njdenin Xocavənddəki abidəsi Qarabağda döyüş əməliyyatlarının bitməsindən sonra ucaldılıb.




Oxşar xəbərlər