Kürdəmirdə şəhidlərin ailələrinə sovqatlar göndərildi - FOTOLAR


  • 16:23 / 08 05 2021 |
  • Bölmə: Gündəm


KTN-in Birləşmiş Həmkarlar İttifaqları Komitəsi Kürdəmir şəhidlərinin  ailələrinə sovqatlar göndərdi 

«Rupor»
xəbər verir ki, Ramazan bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin dəstəyi və təşkilatçılığı ilə  Kürdəmir rayonunun Vətən müharibəsində  şəhid olan qəhrəman sakinlərinin  ailələrinə sovqatlar təqdim edilib.

Birləşmiş Həmkarlar İttifaqları Komitəsi Təşkilat şöbəsinin müdiri Anar Tağıyev,  Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin  direktoru  Elşən Cəbrayılov,  Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudovun  iştirak etdiyi mərasimdə  şəhid ailələri ziyarət  olunub,  dövlətin  onlara göstərdiyi diqqət və qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsi  istiqamətində görülən işlər  diqqətə çatdırılıb. 

Komitənin şöbə müdiri A. Tağıyev Kənd Təsərrüfatı Nazirliyinin şəhid ailələri ilə bağlı həyata keçirdiyi sosial, mənəvi, iqtisadi  layihələr haqqında məlumat verib.

Görüşdə bu kimi dəstək xarakterli layihələrin davamlı olacağı xüsusilə vurğulanıb.

Eldar











Oxşar xəbərlər