Şuşadakı atəşfəşanlıq erməni KİV-ni təşvişə salıb - VİDEO


  • 21:42 / 15 05 2021 |
  • Bölmə: Gündəm


Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı və şəhərdə təşkil olunan atəşfəşanlıq Ermənistanın “Esse TV” “YouTube” kanalında yayımlanan “Troye v lodke” verilişinin aparıcısı və qonağı tərəfindən həyacan dolu  qorxu ilə müzakirə olunub.

Aparıcı Arman Qriqoryan və 30 il Azərbaycanda yaşamış, “Veçernaya Baku” nəşrində müxbir işləmiş İda Martirosyan Şuşada keçirilən festival barədə apardıqları fikir mübadiləsi zamanı Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı vətənə xəyanətdə itiham ediblər. 

Qriqoryan deyib:  "Şuşada Azərbaycan muğamı oxunur, Nikol isə hökumət iclasında sağlıq deyir. 
Martirosyan isə bildirib: "Nikolun komandası vaxtilə Mehriban xanımı Şuşada çay içməyə və muğama qulaq asmağa dəvət edirdi, onlar da bu dəvəti qəbul edib və yerinə yetiriblər".

Onlar Şuşada təşkil olunan atəşfəşanlığın  Xankəndindən böyük təşviş içində müşahidə olunduğunu dilə gətiriblər.





Oxşar xəbərlər