Millət vəkili arağını şəhid bulağında sərinlədir - FOTOLAR


  • 22:12 / 18 05 2021 |
  • Bölmə: Gündəm


Çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxs etikadan kənar hərəkətləri ilə hədəfə çevriliblər.

"Rupor" xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

Laçınla bağlı bir verilişin çəkilişlərindən sonra istirahət etmək və içki məclisi qurmaq istəyən şəxslər özlərinə məskən kimi Vətən uğrunda şəhid olmuş şəxsin adına yaradılmış bulağı seçiblər.

Həmin bulağın sərin sularında özləri ilə götürdükləri araqlarını soyudan məsul şəxslərin arasında millət vəkili, Laçın rayonunun deputatı Mahir Abbaszadə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev də olub.

Deputatın arağını soyutduğu bulaq şəhidin məzarından 5-6 metr aralıda yerləşir. 

Həmin görüntüləri təqdim edirik:

 











Oxşar xəbərlər