Ziyalılardan Prezident Administrasiyasına növbəti müraciət - Dilimiz bəlaya düşüb


  • 11:04 / 01 06 2021 |
  • Bölmə: Gündəm


Yüzlərlə ziyalı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Hörmətli Samir müəllim!

İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik. Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycan prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılıb. Buna baxmayaraq, mükəmməlliyi, zənginliyi ilə seçilən ana dilimizin öz yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur.

Ötən il yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində bir neçə monitorinq keçirib. Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. Çox təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir. Belə ki, Cavid prospekti, Nizami küçəsi, Azərbaycan prospekti, Əziz Əliyev küçəsi və s. ərazilərdə reklam və lövhələrin 70-90 faizində dövlət dilindən istifadə edilməyib.

Hörmətli Samir müəllim!
Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib (maddə 21). Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmaldır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır.

Azərbaycan dilinin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir (“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 1.2. maddəsi)
Yenə həmin Qanunda (maddə 17) dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının...” adında işlədilməsi tələb edilir. Eləcə də qanunda qeyd edilir ki. “göstərilən təsisatların adını əks etdirən lövhələr... dövlət dilində tərtib olunur”.

Yenə həmin Qanuna görə, “... bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır” (maddə 18.1.).

"Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.

Hörmətli Samir müəllim!
Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına, “Dövlət dili haqqında” Qanuna,  Azərbaycan Respublikası Prezidentinin fərmanlarına etina edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması heç cür qəbul edilə bilməz. Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktoru, eyni zamanda, təfəkkürün formalaşmasında və strukturlaşmasında mühüm rol oynayan bir təzahürdür. Bakının küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir.
Yuxarıda sadalananlar həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.

Hörmətli Samir müəllim!
Bundan əvvəl eyni mövzuda Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya edilən müraciətlərimiz bir nəticə verməyib. Ən yaxşı halda məktubumuz Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə göndərilib. Aradan keçən bir ilə yaxın müddətdə müşahidələrimiz belə bir qənaət yaradıb ki, bu qurum deyilən problemi həll etmək iqtidarında və ya marağında deyil. 

Deyilənləri nəzərə alaraq, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi, eləcə də dövlət dili haqqında qanunun tələblərinə əməl edilməməsi barədə əlavə məqamlara aydınlıq gətirilməsi üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul etməyinizi xahiş edirik.

Hörmətlə
İmzalar:
  1. Solmaz Rüstəmova-Tohidi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor
  2. Xəlil Yusifli, Əməkdar elm xadimi, professor
  3. Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru
  4. Qəzənfər Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, professor
  5. Qara Məşədiyev, AMEA Nəsimi adına Dilçilik İnstitutu, professor
  6. Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor
  7. Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor
  8. Fazil Mustafa, millət vəkili
  9. Buludxan Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor
  10. Mənsim Məmmədov, fizika-riyaziyyat elmləri namizədi, BAAU-nun professoru
  11. Mayıl Əsgərov, filologiya elmləri doktoru, professor
  12. Ədalət Tahirzadə, Bakı Avrasiya Universiteti, professor
  13. Gülzar İbrahimova, siyasi elmlər doktoru, professor
  14. Tərlan Quliyev, filologiya elmlər doktoru, Bakı Musiqi Akademiyası, professor
  15. Seyfəddin Rzasoy, AMEA Folklor İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, professor
  16. Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESCO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti
  17. Qorxmaz Quliyev, filologiya üzrə elmlər doktoru, professor
  18. Məzahir Ertuğ Avşar, Antalya Ağdəniz Universiteti, professor, rəssam
  19. Toğrul İsmayıl, Kahramanmaraş Şütcü İmam Üniversiteti, professor
  20. Tahirə Allahyarova, professor.
  21.   Rafiq Yusifoğlu, şair, ədəbiyyatşünas, professor
  22. Kamil Bəşirov, filologiya elmləri doktoru, ADPU, professor
  23. Xaləddin İbrahimli, professor
  24. Esmira Fuad, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini aparıcı elmi işçisi, dosent
  25. Əkrəm Bağırov, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
  26. Səidə Qafarova, ADU, dosent
  27. Aygün Kərimova, Bakı Dövlət Universiteti, fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru
  28. Şəkər Orucova, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent
  29. Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent
  30. Elmira Məmmədova-Kekeç, AMEA Şərqşünaslıq İnstitutu, dosent
  31. Könül Hacıyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
  32. Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent
  33. Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent
  34. Güldəniz Qocayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
  35. Afina Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent
  36. Mütəllim Rəhimov, fəlsəfə elmləri namizədi, dosent
  37. Əjdər Yunusov, tarix elmləri namizədi, dosent
  38. Seyfəddin Altaylı, dosent
  39. Ədalət Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent
  40. Pərvanə Məmmədli, fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas
  41. Aybəniz Kəngərli, filologiya elmləri doktoru
  42. Natella Quliyeva, Bakı Avrasiya Universitetində dekan müavini, dosent
  43. Salman Süleymanov filologiya üzrə fəlsəfə doktoru, dosent
  44. Zəhra Allahverdiyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dosent
  45. Dilşad Veysəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent
  46. Alı Balayev, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent
  47. Kəmalə Qəhrəman, BDU, dosent
  48. Əlövsət Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru, dosent
  49. Elza Mollayeva, BDU, “Pedaqogika” kafedrasının dosenti
  50. Məmmədəli Babaşlı, AMEA Şərqşqnaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent
  51. Səadət Kərimi, İsveç Umea Universitetində elmi işçi və lektor/dosent
  52. Nuridə Novruzova, Bskı Slavyan Universitetinin dosenti
  53. Şəhla Məcidova, filologiya üzrə fəlsəfə doktoru
  54. Şəlalə Mahmudova, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
  55. Ramazan Qafarlı, filologiya elmləri doktoru
  56. Şükür Mustafa, kimya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
  57. Dilrüba Cəfərova, filologiya üzrə fəlsəfə doktoru
  58. Aygün Həsənoğlu. Yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru
  59. Ruslan Abdullayev, dosent, filologiya üzrə fəlsəfə doktoru
  60. Yeganə Hüseynova, Gəncə Dövlət Universiteti, müəllim, filologiya üzrə fəlsəfə doktoru
  61. Hafiz Rüstəm, şair-publisist, şərqşünas
  62. Araz Qurbanov, jurnalist
  63.   Səhər Əhməd, şair
  64. Qurban Yaquboğlu, yazıçı, AYB üzvü
  65. Sevinc Nəzərli, İsveç Azərbaycan Dram Teatrının bədii rəhbəri
  66. Sona Cabbarzadə. AMEA Əlyazmalar İnstitutunun əməkdaşı
  67. Yeganə Məmmədova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
  68. Jalə İsmayıl, redaktor
  69. Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri
  70. Çiçək Hüseynova, Bakı Avrasiya Universiteti, müəllim
  71. Mirzə Ənsərli, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi
  72. Aynurə Əliyeva, ADPU-da müəllim
  73. Şəfayət Avılbəyli, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi
  74. Rəna Bağırova, Müdafiə Sənayesi Nazirliyi, Aerokosmik agentlikdə aparıcı elmi işçi
  75. Zəminə Rüstəmbəyli, türkoloq
  76. Turanə Zeynalova, Bakı Avrasiya Universitetində müəllim
  77. Sevinc Talıbova, Bakı Avrasiya Universitetində müəllim
  78. Əlirza Balayev, əməkdar jurnalist
  79. Əlövsət Əmirbəyli, Xəzər universiteti, İctimai əlaqələr və media üzrə direktor
  80. Mehriban Sərdarova, ADPU, Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi
  81. Nəriman Əbdülrəhmanlı, yazıçı
  82. Sülhiyyə Musaqızı, yazıçı-jurnalist
  83. Gülyaz Əliyeva, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədr müavini
  84. Pərvanə Bayramqızı, yazıçı
  85. Afiq Muxtaroğlu, AYB üzvü, Niderland Krallığı
  86. Ayaz İmranoğlu, "İnamın gəlişi" qəzetinin baş redaktoru
  87. İlqar Türkoğlu, AYB və Dünya Türk Yazarlar Birliyinin üzvü
  88. Mahir Qafarov, rejissor
  89. Şeyda Nəsibli, jurnalist
  90. Xanoğlan Əhmədov, “likxeber.org” saytının baş redaktoru
  91. Rəsul Mirhəşimli, “avropa.info” saytının baş redaktoru
  92. Rəfael Tağızadə, şair-publisist
  93. Gülnarə Rəfiq -  “Konservatoriya” elmi jurnalının məsul katibi, “Tərəqqi” medalı laureatı
  94. İsmayıl Tanrıverdi, BDU-nun Erməni Araşdırmaları Mərkəzinin direktoru
  95. Zaur Usrac, yazıçı
  96. Nadir Qocabəyli, yazıçı
  97. Aygün Mirzəyeva, ingilis dili müəllimi
  98. Pərvanə Qədirova, müəllim
  99. Həcər Paşayeva, müəllim
  100. Cahan Quliyeva
  101. Könül Aydın, filoloq
  102. Məhsəti Şərif, jurnalist
  103. Fizzə Heydərova, jurnalist
  104. Elmira Cəfərqızı, filoloq
  105. Vüsalə Məmmədli, müəllim
  106. Etibar Sadiqov
  107. Ismayıl Məmmədov, Lerik Rayon Mədəniyyət Mərkəzinin metodisti
  108. Vəfa Ibrahimli, Azərbaycan dili və ədəbiyyat müəllimi
  109. Sevil Gültən, tərcüməçi
  110. İlyas Babaşzadə, mühəndis
  111. Aynur Bəşirova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  112. Səbinə İmanova, müəllim
  113. Nabat Abdullayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
  114. Məleykə Əliyeva, müəllim
  115. Xanımgül Həsənova, müəllim
  116. Vaqif Osmanov, hidrometeoroloq
  117. Nərmın Qasımova, müəllım
  118. Gülçöhrə Xəlilova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  119. Səadət İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  120. Mustafakamal İslamov, mühəndis
  121. Firuz Cəfərli, iş adamı
  122. Aida İskəndərova, Azərbaycan dili və ədəbiyyat müəllimi, “Tərəqqi”medalı laureatı
  123. Esmira İsmayılova, jurnalist
  124. Sürəyya Zeynalova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  125. Əminə Mərdanova, təqaüddə olan həkim
  126. Zahir Cövziyev, mühəndis
  127. Sürəyya Allahverdiyeva, təqaüdçü
  128. Asif Abbaslı, Azərbaycan dili və ədəbiyyat müəllimi
  129. Famil Cəfərli, jurnalist
  130. Aygül Şərifova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  131. Anar Mahmudov, tərcüməçi
  132. Zeynəb Qurbanlı, tələbə
  133. Zümrüd Məmmədzadə, Quba ş. H. Əliyev adına 1 saylı tam orta məktəb, Azərbaycan dili və ədəbiyyat müəllimi
  134. Mətanət Paşayeva, Elmi Kardiologiya İnstitutunda elmi işçi, dissertant həkim, kardioloq-reanimatoloq
  135. Zoya Məmmədova, pensiyaçı müəllim
  136. Sima Cəfərova, Bakı Avrasiya Universitetində kitabxana və informasiya mərkəzinin müdiri
  137. Rafiz Kərimov, mühəndis, təqaüdçü
  138. İsa Mehralıyev, “Kriogen” MMC-də baş mühəndis
  139. Zakir Cəfərov, mühəndis, təqaüdçü
  140. Məftunə Kərimova, orta məktəbdə direktor müavini
  141. Sahirə Məmmədova, Füzuli rayon 27 nömrəli orta məktəbin direktoru
  142. Şəfiqə Əhmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  143. Sakitə Qulamova, Azərbaycan dili və ədəbiyyat müəllimi.
  144. Elsevər Hüseynoğlu, materilaşünas mühəndis
  145. Təravət Məmmədova,  Azərbaycan dili və ədəbiyyat müəllimi
  146. Elxan Ağayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
  147. Siddiqə Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi.
  148. Aynur Ələkbərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi.
  149. Həsən Əliyev, təqaüdçü müəllim
  150. Aybəniz Zeynalova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
  151. Gülnar Xəlilova, təqaüdçü həkim-pediatr
  152. Rəmzi Sadıqlı, mühəndis
  153. Haşım Əkbətov, həkim
  154. Şakira Bədəlova,  təlim-tərbiyə üzrə direktor müavini
  155. Leyli İsmayılova, Azərbaycan dili və ədəbiyyat  müəllimi
  156. Şəhla  Soltanova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  157. Aytəkin Axundzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi
  158. Səkinə Novruzova,  Azərbaycan dili və ədəbiyyat müəllimi
  159. Validə Məmmədova,  müəllim ,  kitabxanaşünas biblioqraf
  160. Təhminə Əsgərli, Azərbaycan dili və ədəbiyyat müəllimi
  161. Aysel  Xanaliyeva,  Təhsil İnstitutunun aparıcı mütəxəssisi, filoloq
  162. Firəngiz Əsgərzadə, təqaüdçü
  163. Səhlədar Hidayətoğlu
  164. İbrahim Babayev,  iqtisadçı-mühəndis
  165. Əbilov Təmşiət, Azərbaycan dili və ədəbiyyat müəllimi
  166. Röyadə Musayeva, ibtidai sinif müəllimi
  167. Qaraş Əkbərov, Azərbaycan dili və ədəbiyyat müəllimi
  168. Xatirə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  169. Rəvanə Sadıqlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
  170. Aygün Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
  171. Aynur Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  172. Vəfa Hətəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  173. Məmməd Məhəmmədov, riyaziyyat müəllimi
  174. Məmmədağa Nuriyev Azərbaycan dili və ədəbiyyat müəllimi
  175. Ramil Tanrıverdi, tarix müəllimi
  176. Azər Quliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi
  177. Mir Nazim Mirişov, politoloq
  178. Aytac Əliyarlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
  179. Aysel Tahirzadə, tarix müəllimi
  180. Şəmsiyyə İbadova, fizika müəllimi
  181. Zümrüd Quliyeva, riyaziyyat müəllimi
  182. Məleykə Mehdiyeva, informatika müəllimi
  183. Ülviyyə Hüseynova, müəllimi
  184. Vüsalə Musayeva, ingilis dili müəllimi
  185. Gülnar Əzimova, informatika müəllimi
  186. Gülşən Hüseynova, rus dili müəllimi
  187. Gülgün Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
  188. Aygül Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  189. Nuriyyə İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  190. Böyükxanım Qarayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
  191. Bahar Ağayeva, filoloq
  192. Natəvan Rzayeva,  filoloq
  193. Məlahət Mustafayeva, filoloq
  194. Rasimə Ağamalıyeva, filoloq
  195. Məryəm Quliyeva, ingilis dili müəllimi
  196. Sevda Mustafayeva, filoloq
  197. Töhfə Bilalova, kimya müəllimi
  198. Mahirə Məmmədova, ingilis dili müəllimi
  199. Nərminə Məmmədova, filoloq
  200. Səadət Ələsgərova, filoloq
  201. Firəngiz İmanova, filoloq
  202. İradə Əmrahova, filoloq
  203. Zinyət Ağaşirinova, filoloq
  204. Xurşud Rüstəmova, ingilis dili müəllimi
  205. Şamaxı Cəbiyeva, ibtidai sinif müəllimi
  206. Əntiqə Həsənova, ingilis dili müəllimi
  207. Aida Rzayeva, ibtidai sinif müəllimi
  208. Tünzalə Mahmudova, filoloq
  209. Sədaqət Salayeva, fizika müəllimi
  210. Arzu Məcidova, riyaziyyat müəllimi
  211. Şükufə Cəbiyeva, riyaziyyat müəllimi
  212. Mətanət Əliyeva, tarix müəllimi
  213. Xalidə Həsənova, əmək müəllimi
  214. Pəri Mehrani, filoloq
  215. Səidə Sideifzadə, filoloq
  216. Afaq Qəmbərova, jurnalist
  217. Səxavət Tağlar,  Azərbaycan dili və ədəbiyyat müəllimi
  218. Ruslan İbayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
  219. Könül Aydın (Mingəçevir), Azərbaycan dili və ədəbiyyat müəllimi 




Oxşar xəbərlər