KİV yaxşı mənada görmədiyi günə düşüb - Gözlədiyimiz seminar


  • 14:35 / 18 06 2021 |
  • Bölmə: Gündəm


KİV yaxşı mənada görmədiyi günə düşüb.- Gözlədiyimiz seminar

"Rupor" xəbər verir ki, ADA Universitetinin və Medianın İnkişafı Agentliyi min birgə dəstəyi və baş redaktorların iştirakı ilə yeni layihəyə başlanıldı.

Seminar çərçivəsində keçirilən bugünkü tədbirdə "Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər" mövzusunda öncə MEDİA-nın icraçı direktoru  Əhməd İsmayılov,un məruzıəsini dinləyəcək, ardından layihə ətrafında müzakirələr aparacağıq.  

Seminarda "Müasir media mühitinə baxış", "Sosial media: ənənəvi medianın dostu, yoxsa rəqibi?", "Gender və media",  "Jurnalistikada pozitiv kommunikasiya", "İctimai diplomatiya",  "İdarəetmədə stress və onun öhdəsindən gəlmə yolları". "İdarəetmədə liderlik bacarıqları,"  "Data jurnalistikası", "Yeni media-media növlərinin konvergensiyası"  mövzularında mühazirələr oxunacaq, fikir mübadiləsi aparılacaq. 

MEDİA yaradılan gün belə yazmışdım: "Buzlar əriyir".  Yazdığımı yaşayıram. Maraqlı və fərqli mühitdəyik. Beləsini arzulayırdıq. "Allah utandlrmadın, peşman etməsin" deməkdən özümü saxlaya bilmirəm. Başıbəlalı Azərbaycan KİV-i xoş günlər görmək - işgüzar, peşəkar və azad mühit sənin halalındır.













Oxşar xəbərlər