YAP-ın rayon təşkilatlarında ciddi dəyişikliklər olacaq - Konfranslar başlayır


  • 19:53 / 19 06 2021 |
  • Bölmə: Gündəm



Gələn həftədən etibarən Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında konfransların keçirilməsi barədə qərar qəbul edilib. 

YAP-dakı mənbədən "Rupor"a daxil olan məlumata görə, partiyanın rayon təşkilatlarına yeni sədrlər seçiləcək, struktur islahatları aparılacaq. 

Artıq  həmin təşkilatların rəhbər şəxslərinin və fəallarının sənədləri toplanılır.  Son qrultayda qəbul olunmuş yeni nizamnamənin tələbinə uyğun olaraq indiki sədrlərin əksəriyyəti yeniləri ilə əvəzlənəcək. 

Nizamnaməyə görə hakim partiyanın rayon təşkilatların sədrləri ikinci vəzifə tuta bilməzlər, həmçinin onlara parlamentdə təmsil olunmaq da qadağandır. 

YAP-in sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib.



Oxşar xəbərlər