Abşeronda növbəti şəhid bulağı açıldı - FOTOLAR


  • 20:07 / 22 06 2021 |
  • Bölmə: Gündəm


Abşeron rayonunun Masazır kəndində Vətən Müharibəsində şəhid olan Əhmədov Mənsur Mmamed oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.

"Rupor" xəbər verir ki, bu gün şəhidin ailəsinin, RİH başçısı İradə Gülməmmədovanın, kənd camaatının və KİV nümayəndələrinin iştirakı ilə bulaq kompleksinin açılışı olub. Sonra şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayan İ.Gülməmmədova  onların problemlərinə komplerks şəkildə yanaşılaraq həll edildiyini söyləyib. Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan başçı qeyd edib ki, məhz onların və ümumilikdə Azərbaycan ordusunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub. 

Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər. 
Tədbirdə məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər. Sonda şəhidlərimizin ruhuna dualar oxunub. 
Allah rəhmət eləsin.









Oxşar xəbərlər