Mətbuat katibi Naxçıvanda həbs edildi


  • 15:37 / 23 06 2021 |
  • Bölmə: Gündəm


Əvvəllər Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı"nda baş redaktor, daha sonra "Azərxalça"da mətbuat xidmətinin rəhbəri vəzifələrində işləmiş Tural Səfərovun Naxçıvanda həbs edildiyi barədə xəbər yayılıb.

"Rupor" modern.az-a istinadən xəbər verir ki, T.Səfərovun həbsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilmir. Ancaq onun həyat yoldaşı Tural Səfərovun Naxçıvanda həbs edildiyinə dair faktı təsdiqləyib.

Tural Səfərov bu ilin aprelində üç ildir çalışdığı "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəsifəsindən ayrılıb.
Sonra o, "Moderator.az” saytının Baş redaktoru vəzifəsində çalışırdı.






Oxşar xəbərlər