Diplomatik korpusun nümayəndələri Şuşa qalası ilə tanış olublar - yeniləndi - VİDEO


  • 16:55 / 09 07 2021 |
  • Bölmə: Gündəm



Azərbaycandakı diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər çərçivəsində Şuşa qalası ilə tanış olublar.

"Rupor"
APA-nın səfərdə olan əməkdaşının məlumatına istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşa şəhəri haqqında diplomatlara məlumat verib, Şuşanın Azərbaycanın tarixi şəhəri və mədəni paytaxtı olduğunu bildirib.

Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa qalasının tarixi, arxitekturası barədə xarici diplomatlara geniş məlumat verib.

Şuşa qalasının önündə xatirə fotosu çəkdirilib.



***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

"Rupor" xəbər verir ki, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndəsinin Şuşa şəhərinə səfəri başlayıb.

Səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak edirlər.

Səfərdə məqsəd xarici diplomatları Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa şəhərinin orijinal arxitektura üslubu və Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir. 





Oxşar xəbərlər