"Biz bu yolla getməliyik" - Vladimir Putin


  • 23:30 / 20 07 2021 |
  • Bölmə: Gündəm


Regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır.

"Rupor" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Prezident Vladimir Putin deyib: “Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromis qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”.



Oxşar xəbərlər