General-mayor Polad Həşimov adına park açıdı - VİDEO


  • 10:10 / 22 07 2021 |
  • Bölmə: Gündəm


Bu gün Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi, general-mayor Polad Həşimov adına park istifadəyə verilib.

"Rupor" xəbər verir ki, bir müddət öncə rayon icra başçısı Rafiq Quliyevin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sərəncamı ilə Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

Həmin küçədə yerləşən parka Polad Həşimovun adı verilib və əsaslı təmir edilib. Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.

Parkda azyaşlılar, yetkinlik yaşda olanlar və yaşlı əhali üçün istirahət attraksionları quraşdırılıb. Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə attraksionları quraşdırılıb. Məlumata görə, həyətyanı sahələr "IDEA" İctimai Birliyinin tövsiyə etdiyi standartlara uyğun abadlaşdırılıb.

Polad Həşimovun anası da parkın açılışında iştirak edir.






Oxşar xəbərlər