YAP və AKP birgə konfrans keçirəcək


  • 12:15 / 22 07 2021 |
  • Bölmə: Gündəm

İyulun 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək.

"Rupor" APAya istinadən xəbər verir ki, bu barədə bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, AKP nümayəndə heyətinin Bakıda rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

İyulun 28-də isə YAP və AKP Gəncə şəhərində “Şuşa Bəyannaməsi”nə həsr olunmuş birgə konfrans keçirəcək, konfransda “Şuşa Bəyannaməsi”ndən irəli gələn məsələlər müzakirə olunacaq.






Oxşar xəbərlər