Müraciət jurnalistlərinə: yaşadığınız jurnalist mənzilini şəhid ailəsinə verin


  • 20:01 / 24 07 2021 |
  • Bölmə: Gündəm



Ceyhun Musaoğlu

Bu mövzuda daha çox soyuqqanlı olmaq vacibdir. Düşünürəm: dövlətin şəhid ailələri və qazilərin hər birinə mənzil tikməyə pulu da var, sevgisi də. 

Necə ki, bu proses uğurla davam edir. Müraciət sahibləri onu da bilməlidirlər ki, haqqında danışdığımız  müqəddəs təbəqənin təmsilçiləri çox qürurludurlar. Təməlindən başqası üçün tikilən başıbəlalı binadan yaşamaqdan imtina edə bilərlər. 

O da ola bilər ki, müraciətə imza atanlar "bəlkə birinci siz nümunə göstərəsiz, mənzillərinizi şəhid ailələrinə bağışlayasınız" ittihamı ilə üzləşsinlər. 
O da artıq olub ki, şəhid ailəsindən ağır durumda yaşayan onlarla jurnalist ailəsi var.

Ramiz Rövşən necə deyirdi: "Əlinin papağını Vəli qoydu başına, Vəli oldu papaqlı, Əli oldu papaqsız". 

Həyatımın amalı budur: hamının papağı olsun. "Onsuz da başdan papaq alıb, qaçan dünyadı". O papağı dünya insanın başından almadan əvvəl onu papaqsız qoymayın. Dünya sizə gülər. "Dünya qoca dünyadır".

Populizm jurnalistikanın düşmənidir.





Oxşar xəbərlər