Deputatın polisi döyməsinə YAP-da münasibət bildirdi


  • 15:10 / 30 07 2021 |
  • Bölmə: Gündəm


Yeni Azərbaycan Partiyası (YAP) iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsinə münasibət bildirib.

"Rupor" xəbər verir ki, YAP-ın mətbuat xidmətindən bildirilib ki, faktla bağlı hüquq-mühafizə orqanlarında aşardırmalara başlanılıb:

"Məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək. Baş vermiş hadisədən təəssüf hissi keçiririk".




Oxşar xəbərlər