Deputat polisi tək döyməyib - Saxlanılanlar var


  • 16:20 / 30 07 2021 |
  • Bölmə: Gündəm


Deputat Eldəniz Səlimov Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyevi tək döyməyib.

"Rupor" xəbər verir ki, bu barədə məlumatı Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədəli yayıb.

O bildirib ki, deputatla birgə Xaçmaz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayevin sürücüsü olmuş Mənsur və Xaçmazda “Zapçast Ənvər” kimi tanınan iş adamı da olub.

C.Məmmədlinin sözlərinə görə, artıq hər iki şəxs polis tərəfindən saxlanılıb.




Oxşar xəbərlər