Polisi döyən deputata görə parlamentin xüsusi iclası olacaq


  • 18:56 / 30 07 2021 |
  • Bölmə: Gündəm


Milli Məclisin növbədənkənar iclası çağırılıb. 

"Rupor" "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 3-də keçirilməsi nəzərdə tutulan iclasla bağlı artıq deputatlara məlumat verilib. 

İclasın gündəliyi bəlli olmasa da, növbədənkənar sessiyada deputat Eldəniz Səlimovla bağlı məsələyə baxılması nəzərdə tutulur. 
Qeyd edək ki, polis əməkdaşını döyən millət vəkili Eldəniz Səlimovla bağlı artıq cinayət işi açılıb.




Oxşar xəbərlər