"Dövlət qurumlarının ünvanına təhqiredici ifadələr səslənir"


  • 13:16 / 03 08 2021 |
  • Bölmə: Gündəm



"Qətiyyən bu hərəkət Milli Məclisin nüfuzuna xələl gətirmir. Bu başqa şəxs də ola bilər. Bəzən sosial şəbəkələrdə Milli Məclisin ünvanına təhqiredici ifadələr səslənir. Ancaq bu təkcə Milli Məclislə bağlı yox, digər dövlət qurumlarının da ünvanına səsləndirilir. Vəzifəli şəxslərin 3 kateqoroyası var. Hakimiyyət nümayəndələrinin vəzifəli şəxs olması şübhə doğurmayıb. Milli Məclisin deputatları klassik olaraq vəzifəli şəxslərdir. Niyə 309-cu maddənin 2 ci hisssəsinin seçilməsinə də aydınlıq gətirim. 315 -ci maddə hakimiyyət nümayəndəsinin vəzifəsinin icra etməsiylə bağlıdır. Polis həmin vaxt vəzifəsinin icrasında olmayıb. Çünki hadisə yerinə zəng edilərək çağırılıb. “Deputatın statusu haqqında” qanunda deputatların səlahiyyətləri nəzərdə tutulub. Məhz orada deputat bu səlahiyyətləri aşıb".


"Rupor" xəbər verir ki, bu fikirləri jurnalistlırə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.  

Baş prokuror E.Səlimovun əvvəl təqib və təzyiqə məruz qalması haqqında məlumatlarla bağlı bildirib ki, istintaq materiallarına əsasən belə bir məlumat yoxdur: 

"Biz  Eldəniz Səlimovu hələ toxunulmazlıq məsələsinə görə istintaqa dəvət edə bilməmişik. Ancaq belə hallar varsa buna da hüquqi qiymət veriləcək. Biz də başa düşürük ki, hadisənin təfərrüaratları var. Ancaq məsələ xırda hal olsaydı, İntizam Komissiyasında baxılardı. Siz sonradan tanış olanda biləcəksiniz, biz tamamilə başqa hadisə ilə də qarşılamışıq. Bu, başqa müstəvidə olan hadisələrdir”.






Oxşar xəbərlər