"Fəxr et ki, sənı deputat döyür" - Eldəniz Səlimov polisə deyib


  • 13:43 / 03 08 2021 |
  • Bölmə: Gündəm


“Eldəniz Səlimov polis leytenantını yanına çağırıb, ona deyib ki, sən fəxr et ki, səni Milli Məclisin deputatı döyür".

"Rupor" xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı parlamentin bu gün Eldəniz Səlimovun toxunulmzlığının ləğv olunması ilə bağlı keçirilən Milli Məclisin növbədənkənar iclasında müzakirələr zamanı deyib. 

MM-in İntizam komissiyasının sədr müavini F.Ağamalı deputatın cinayət törətdiyini səlahiyyət həddini aşdığını vurğulayıb:

"İndi biz qəbul etdiyimiz qanunların əksinə getməliyik?! Hər bir şəxs qanun qarşısında bərabərdir. Bu, Milli Məclisin nüfuzuna xələl gətirə bilməz. İcra orqanlarının ayrı-ayrı nümayəndələri yol verdikləri cinayətlərə görə həbs olundu. İndi həmin icra orqanları xəcalət çəkməlidir? Milli Məclis sıralarını belələrindən təmizləməlidir. Polisə əl qaldırmaq olmaz! Polis sənə deyir ki, restoran gecə 12-dən sonra işləməməlidir, deməli qapını bağlamalısan!”.



Oxşar xəbərlər