Əhalinin yarısını narazı salan icra başçıları - səbəb təkcə oliqarxiyadırmı?..


  • 22:55 / 24 06 2020 |
  • Bölmə: Gündəm / Siyasət


Deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc müsahibəsində ölkənin mövcud problemlərindən, eyni zamanda xalqı narahat edən məsələlərdən açıq şəkildə bəhs edib.

"Rupor" xəbər verir ki, mərkəzin apardığı tədqiqatlara istinadən edən Zahid Oruc Musavat.com-a deyib ki, əhalinin yarısı icra hakimiyyəti başçılarından narazıdır. Əslində bu barədə müxtəlif vaxtlarda çox danışılıb. Eyni zamanda korrupsiya və rüşvətə qarşı mübarizədə icra hakimiyyətinin rəhbərliyinin adının “öz sırada” gəlməsi də acı mənzərəni ortaya çıxarır. İndi də Prezidentin etimad etdiyi qurumun rəhbəri bu faktı şəxsən ictimailəşdirir. Maraqlıdır, vəziyyətin bu həddə gəlib çıxmasında hökumətin hansı səhvləri olub? Oliqarxlara verilmişdi rayonlar, səbəb budurmu? Həmin oliqarxlar da özlərinə yaxın kim gəldi, icra başçısı təyin olmasına çalışırdılar, bəlkə əsas səbəb budur, ya başqa səbəbləri də var?

“Sosial Tədqiqatlar Mərkəzinin vətəndaşların dövlət qurumlarına münasibətinə dair araşdırmaların nəticələri böyük aktuallıq kəsb edir. Həmin tədqiqatlarda əhalinin yarıdan çox hissəsinin icra hakimiyyətlərinə münasibətinin mənfi olduğu təsbit edilməsi də bu yöndə aparılan tədqiqatlarım mühüm tərkib hissəsidir",
- Zahid Oruc vurğulayıb.

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli 
“Yeni Müsavat”a danışarkən bunları söylədi.

Millər vəkili dedi ki, cəmiyyətdəki həmin abı-havaya uyğun olaraq son vaxtlar ölkədə həyata keçirilən kadr və struktur islahatları əhatə dairəsi genişləndirilməyə başlayıb:

“Eyni zamanda bunun məntiqi davamı olaraq Dövlət Təhlükəsizliyi Xidməti yerli icra strukturlarndan tutmuş, nazirlik və mərkəzi idarələrədək müxtəlif dövlət orqanlarında xüsusi əhəmiyyətli əməliyyatlar keçirir. Fəaliyyətində nöqsanlara yol verən şəxslər vəzifədən azad edilir və ifrata varanlar isə cəzalandırılır. Yerli icra hakimiyyətlərinə münasibətdə neqativ cəhətlərin payının çox olmasının obyektiv, subyektiv, sistem xarakterli, institusional xaraterli, kadr potensialı, kadr seçimində götürülən əsas meyarlar, kadrın şəxsi keyfiyyətləri ilə bağlı və sair bu kim xeyli məqamlar var. Onların arasında oliqarxiq məmur kapitalizmi amilinin doğurduğu neqativlərin payı daha böyükdür. Ölkədə korrupsiyanın həddinin yüksəkliyi, monopoliya, məmur özbaşınalıqları və sair bu kim neqativ halların baş alıb getməsi xeyli dərəcədə bu amildən qaynaqlanır”.

Əli Məsimli dedi ki, son dövrlərə qədər həmin oliqarxiya ölkə iqtisadiyyatının aparıcı, ən gəlirli sahələrini ələ keçirməklə, monopoliyalar yaratmaqla yanaşı, xeyli dərəcədə kadr təyinatına da təsir edə bilib və yerli icra hakimiyyətində kadrların təyinatında “kuratorluq sistemi” vasitəsilə aparıcı rol oynayıb:

“Son illər aparılan struktur islahatları və onu müşayiət edən kadr islahatları həmin sistemi dağıdır. Amma köhnə sistemin dağıdılıb, əvəzində nə qurulacaq sualı hələlik xeyli dərəcədə açıq qalıb. Yaşadığımız ekstremal şəraitin problem və çağırışları kontekstində keçməyə başladığımız yeni mərhələ idarəetmənin fəlsəfəsini, strukturunun, kadr potensialının əsaslı surətdə təkmilləşdirilməsini, yenidən qurulmasını tələb edir. Bu istiqamətdə həyata keçirilən islahat xarakterli addımlarla yanaşı, zəruri olan digər tədbirlər arasında iki məqam xüsusi əhəmiyyət kəsb edir: Birincisi, ölkədə mövcud olan iqtisadi rayonların əsasında bir sıra elmi araşdırmalar, dərin əsaslandırmalar, təkmilləşdirmələr də etməklə quberniyalar yaratmaq olar. Məsələn, 18 inzibatı ərazi bölgüsündən ibarət olan Aran iqtisadi rayonunun əsasında mərkəzi Mingəçevir şəhəri olmaqla bir quberniya, Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu əsasında mərkəzi iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri olan Şəki şəhəri olmaqla digər bir quberniya, Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşən Quba-Xaçmaz iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Quba mərkəz olmaqla başqa bir quberniya yaratmaq olar. İkincisi, ölkədə səmərəli fəaliyyət göstərən, işlək bir yerli özünüidarəetmə sisteminin formalaşdırılması yolu ilə hakimiyyətin xalqa yaxınlaşdırılması, regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə dünyada mövcud olan müxtəlif əksmərkəzləşdirmə modellərini, həmçinin yerli reallıqları və dövlət idarəetmə ənənələrini nəzərə almaqla Azərbaycanın özünəməxsus əksmərkəzləşdirmə strategiyası işlənib hazırlanması və sistemli şəkildə həyat keçirilməsi çox vacibdir.  Həmin strategiyanın məqsədi - dövlət idarə etməsinin mərkəzləşdirilməsinin əsas istiqamətlərini, yollarını və üsullarını müəyyənləşdirmək və səmərəli yerli özünüidarəetmə sistemini inkişaf etdirməkdən ibarət olmalıdır ki, bu da Azərbaycanda hüquqi demokratik dövlət quruculuğunun zəruri şərtlərindən biridir”.

Amma o qeyd etdi ki, həmin islahatlar böyük effekt verməsindən ötrü bir sıra zəruri şərtlərə əməl edilməlidir:

“Həmin şərtlərdən ən önəmlisi budur ki, regional idaretmədə nəzərdə tutulan həmin əsaslı dəyişikliklər ölkədə hakimiyyət qollarının müxtəlif səviyyələrinin qarşılıqlı fəaliyyətinin dəqiq məqsəd və vəzifələrini və işlək reallaşdırma mexanizmini özündə əks etdirən ümumdövlət strategiyasına əsaslanmalıdır. Yaşadığımız mərhələnin yeni çağırışları baxımında həmin strategiyanın əsas məqamlarını aşağıdakı kimi xarakterizə etmək olar: neft amilinin dominant rolun əsaslanan modeldən insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçməkdən ötrü digər şərtlərlə yanaşı dövlət idarəetmə və tənzimlmə sisteminin əsaslı surətdə modernləşdirilməsini, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən hökumət modelinə keçilməsini zəruri edib. Bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsi; kadr islahatları da daxil olmaqla idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilmsinə yönəlik islahatların dərinləşdirilməsi; idarəetmədə sahə prinsipinə üstünlük verən modeldən funksional prinsipə üstünlük verən modelə keçilməsi; regionların idarə edilməsi sisteminin səmərəliliyini artırılmaısna yönəlik köklü islahatların həyata keçirilməsi və digər təsirli tədbirlərin görülməsi; elektron hökumət layihsinin tətbiqinin səmərəliliyinin artırılması; “Asan Xidmət”in tətbiq dairəsinin genişləndirilməsi; innovasiyalı İnkişaf modelinin reallaşdırılması üçün dərin biliklərə sahib olan mütəxəssislərin, texnokratların önə çəkilməsi, ölkədə və xaricdə ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyət genişləndirilməsi və sair. Həmin tədbirlərin sistemli və ardıcıl şəkildə tətbiqi, yaşamağa başladığımız yeni mərhələnin tələblərinə uyğun idarəetmə modelinin reallaşdırılmasına imkan verər ki, bu da ölkənin potensilından istifadənin səmərəliliyinin xeyli artırılması və əhalinin güzəranının potensialımıza uyğun əsaslı surətdə yaxşılaşdırılması işində aparıcı rol oynaya bilər”.



Oxşar xəbərlər